AZDynamics Neft Qaz sektorunda quruda və dəniz platformalarında Pilotsuz uçuş aparatları vasitəsi ilə risksiz və qısa vaxt ərzində dəyərləndirmə və monitorinq servisi təqdim edir.
AZDynamics-in texnologiyaları ənənəvi üsullarla müqayisədə tədqiqatların effektivliyini dəfələrlə artırmağa imkan yaradır. Komplekslərin vasitəsi ilə əvvəllər əlverişli olmayan ərazilərin tədqiqatının aparılması da mümkündür.
Avtomatlaşdırılmış pilotsuz nəzarət sistemlərinin tətbiq edilməsi xammalın sızmasının və itkilərin qarşısının alınmasını, vəsaitlərə qənaət edilməsini və işin effektivliyinin yüksəlməsini mümkün edir.
- Məəşəl qurğularının inspeksiyasıİşin dayandırılmaması şərti ilə aşağı hündürlükdə uçuşlar məşəl qurğularına və soyuducu qüllələrə baxış keçirilməsinə, boruların və çənlərin vəziyyətinin qiymətləndirilməsinə imkan yaradır.
- Platformalarda korroziya və nasazlıqların aşkarlanmasıMəəşəl qurğuları neft qaz sektorunun müxtəlif sahələrində istifadə olunur və korroziyaya məruz qalır. Bu tip qurğularda korroziya və nasazlıqları aşkar etmək üçün istifadə olunan ənənəvi üsullar bu qurğuların inspeksiyadan qabaq söndürülməsi və inspektorun yüksək hündürlüklərdə işləməsi ilə nəticələnir. AZdynamics şirkətinin təqdim etdiyi modern inspeksiya üsulu Pilotsuz uçuş aparatı vasitəsi ilə bu prosesi daha tez və təhlükəsiz edir. Bundan başqa məəşəl qurğusunu söndürmədən dəyəcək maddi ziyanın qarşısı alınır.
- Soyutma qüllələrinin inspeksiyası
- Boru kəmərlərinin marşrutu üzrə topoqrafik xəritələrin hazırlanmasıPilotsuz uçuş aparatlar magistral boru kəmərlərinin və ya sızmaların və onların mühafizə zonalarının texniki vəziyyətinin monitorinqi( qiymətləndirilməsi ) zamanı xüsusilə faydalı ola bilərlər.
- Metan qaz sızmasının aşkar edilməsi
- Verilən ərazinin və ya platformaların 3D modellərinin hazırlanması
- Ekoloji monitorinqDəqiq xəritə məlumatına əsaslanaraq Siz çirklənmə sahələrini müəyyən edə və rekultivasiya tədbirlərini optimal planlaşdıra bilərsiniz. Cəmi bir neçə əlavə uçuş ərzində onlara sonrakı nəzarəti və effektivliyin qiymətləndirilməsini həyata keçirmək mümkündür.
- Operativ nəzarətÖlçülərinin kiçik olması və uçuşa tez hazır olmaları sayəsində pilotsuz uçuş aparatlar iş yerinə asanlıqla çatdırılırlar və lazımi informasiya tez əldə olunur.Siz ən qısa müddət ərzində qəza və ya fövqəladə hadisə ərazisini müəyyən edə, nəqliyyat cəhətdən əlverişlilik şəraitini öyrənə və təmir briqadalarının işini istiqamətləndirə bilərsiniz.
Metan qaz sızmasının törədə biləcək təhlükədən qorunmaq və xəbərdar olmaq üçün AZDynamics şirkəti tərəfindən göstərilən xidmət sahəsi, bu kimi qaz sızmalarının qabaqcadan aşkar etmək üçün hazırladığı xüsusi pilotsuz uçuş aparatları quraşdırılmış kameraları və sensorlarını təqdim edir.
Ölkənin miqyaslı qazlaşdırılması proqramının həyata keçirilməsi, ərazi qaz şəbəkələrinin yaradılmasının geodeziya təminatı üçün böyük həcmdə layihə-tədqiqat işlərinin yerinə yetirilməsini tələb edilir, Pilotsuz uşuç aparatların tətbiqi maliyyə xərclərini və proqramın həyata keçirilməsi vaxtını əhəmiyyətli dərəcədə azaltmağa imkan verir. AZDynamics şirkəti quruda və suda quraşdırılmış neft qurğuları və platformalarının 3D xəritəsini hazırlamağı təqdim edir. Bu kimi 3D xəritələri zamanla adi çəkilən sahələrdə konstruksiya dəyişiklərini aparmazdan qabaq ölçülərin əldə edilməsinə şərait yaradır ki, bu da öz növbəsində görüləcək işin daha tez və effektiv edir.
Pilotsuz uçuş aparatların köməkliyi ilə həll oluna biləcək əsas məsələlər kimi aşağıda göstərilənləri qeyd etmək olar:- boru kəmərlərinin müntəzəm monitorinqi, o cümlədən boru kəmərlərinin su maneələrindən və dəmir yolu keçidlərindən keçdiyi sahələrin tədqiq edilməsi;
- boruətrafı sahələrin tədqiq edilməsi;
- neft dağılmalarının operativ aşkar edilməsi;
- təzyiqli boru kəmərlərinin etibarlı işinin təmin edilməsi;
- boru kəməri magistrallarından neftin icazəsiz götürülməsi hallarının aşkar edilməsi;
- mühafizə olunan zonalarda kənar şəxslərin aşkar edilməsi;
- obyektlərdə işlərin yerinə yetirilməsinə nəzarət edilməsi;
- boru kəmərlərinin texniki vəziyyətinin qiymətləndirilməsi, zədələnmələrin aşkar edilməsi;
- zəruri hallarda pilotsuz uçuş aparatından qəza və qeyri-adi(fövqəladə) vəziyyətlərin monitorinqi, həmçinin insanların hadisə yerində olması halını istisna etməklə yerüstü qrupların istiqamətləndirilməsi üçün istifadə edilə bilər;
- Fövqəladə hadisə baş verdikdə yerüstü qrupların işinin əlaqələndirilməsi.