Telekommunikasiya qüllələrinin və alternativ enerji stansiyalarının inspeksiyası:Telekommunikasiya və alternativ enerji stansiyaları təhlükəsizlik baxımından müntəzəm olaraq yoxlanılma tələb edir. Hal-hazırda qeyd olunanların araşdırılması ənənəvi üsullarla, alpinistlər və ya helikopterlər tərəfindən həyata keçirilir. Bu da öz növbəsində müştərilər üçün həm təhlükəli iş prosesinə, həm əlavə zaman itkisinə, həm də artıq xərclərin yaranmasına səbəb olur. AZDynamics şirkəti Pilotsuz Uçuş Aparatları (PUA) vasitəsilə həmin obyektlərin operatorlar tərəfindən yoxlanılması prosedurunu dəyişərək, daha təhlükəsiz, sürətli və effektli hala gətirir.
Pilotsuz Uçuş Aparatlarının köməyi ilə qüllələrin yoxlanılması xidmətinin üstünlükləri aşağıdakılardır:
• Yüksək iş sürəti;
• Qəza riskinin aradan qaldırılması;
• Yaranmış zədələrin təyin edilməsi;
• Mövcud olan maneələrin araşdırılması;
• Anten mikrodalğalarının ötürücülük qabiliyyətinin inspeksiyası;
• Həm quruda, həm də suda külək generatorlarının yoxlanması;
• Yoxlama və monitorinq üzrə ətraflı hesabatların hazırlanması;