Kənd təsərrüfatı Pilotsuz Uçuş Aparatlarının tətbiq edildiyi yeni sahələrdən biri sayılır.
Kənd təsərrüfatında yerüstü tədqiqatların mövcud vəziyyətini tam həcmdə təhlil etmək və qiymətləndirmək müəyyən çətinliklər yaradır. Bu halda Pilotsuz Uçuş Aparatları (PUA) vasitəsi ilə aparılan təhqiqatlar daha effektiv hesab edilir. Alınan təsvirlər təbiətin və kənd təsərrüfatının resurslarından daha səmərəli istifadə etmək və bununla bağlı qərarları qəbul etmək üçün mühüm vasitəyə çevirilir. Pilotsuz Uçuş Aparatları (PUA) vasitəsi ilə yaradılan rəqəmsal xəritələr o qədər yüksək dəqiqliklədir ki, bu da öz növbəsində onlardan statistik hesabatların tərtib edilməsində, qiymətləndirilməsində və təhlil edilməsi işində yeni imkanlar yaradır.
Kartoqrafiyanın üstün cəhətləri aşağıda qeyd olunanlardır:- torpaq sahələrinin ölçüsünün, yollarla yaşayış məntəqələri arasındakı məsafəyə və digər dəqiq məlumatlara əsaslandığı
üçün bütün kənd təsərrüfatı əməliyyatlarının uçotunun aparılmasına və həmin əməliyyatlara nəzarət edilməsinə imkan verir;
- həmin sahədə bitkilərin böyüməsinə təsir edən şəraitin tam təhlilinin aparılmasına yardım edir;
- maksimal gəlir əldə edilməsi məqsədilə istehsalatın optimallaşdırılmasına, həmçinin istehsalatda ehtiyatlardan səmərəli istifadə edilməsinə imkan yaradır;
- kənd təsərrüfatı sahələrinin məhsulun ilinə uyğunlaşdırılması nəzərə alınmaqla haqqında pasport məlumatlarının qeydiyyatını həyata keçirmək imkanı verir;
- sahələrin aqrokimyəvi monitorinqi, verilən gübrələrin, məhsuldarlığın, mədəni bitkilərin iqtisadi səmərəliliyi və s. üzrə tematik xəritələrin nəzərdən keçirilməsinə və təhlilinə imkan verir;
- Pilotsuz Uçuş Aparatı (PUA) vasitəsi ilə müxtəlif əlverişsiz hava şəraitləri nəticəsində əkinin məhv olmuş, donmuş sahələrinin, yetişmə mərhələlərinin, sahələrin alaqlılığının qeydiyyatını və təhlilini aparmağa imkan verir;
- statistika arayışlarının və hesabatlarının tərtib edilməsinə şərait yaradır;
- kənd təsərrüfatı torpaqlarından icazəsiz istifadə hallarının aşkar edilməsində bir vasitədir.
Xidmətlərimiz, mütəxəssislərə aşağıda qeyd olunan imkanları yaradır:- istifadə edilən əkin və boş sahələrin müəyyən edilməsi;
- əkinin vəziyyətinə görə cari nəzarəti həyata keçirmək;
- kənd təsərrüfatı bitkilərinin cücərmə və yetişmə dərəcələrini qiymətləndirmək, onların inkişaf dinamikasını müşahidə etmək;
- dənli bitkilərin məhsuldarlığını planlaşdırmaq;
- torpağın vəziyyətini qiymətləndirmək;
- ekoloji və texnogen amillərin bitkilərin böyüməsinə və məhsuldarlığına təsirini müəyyən etmək;
- təbii fəlakətlərdən (yanğın, su basqını və s.) sonra əkinlərin vəziyyətini qiymətləndirmək;
- planlaşdırılan məhsulu əldə etmək uçun kompleks aqrotexniki işləri planlaşdırmaq;
- kənd təsərrüfatı torpaqlarının inventarlaşdırlmasını və xəritələşdirilməsini aparmaq;
- sahələrin elektron xəritələrini yaratmaq;
- işlərin həcmini müəyyən etmək və onlara nəzarəti həyata keçirmək;
- NDVİ (Normalized Difference Vegetation Index) - NVİF (Normallaşdırılmış Veqetativ İndeks Fərqi) müəyyən etmək;
- şumlamanın keyfiyyətini yoxlamaq;
- kənd təsərrüfatı torpaqlarının ekoloji monitorinqini aparmaq.