AZDynamics 2015-ci ildə Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş yüksək texnologiyalar sahəsində tədqiqat va inkişaf işləri aparan mustəqil innovasiya şirkətidir. Şirkətimiz dövlət layihələrində istifadə üçün nəzərdə tutulan Pilotsuz Uçuş Aparatlarının (PUA) o cümlədən avtonom və ya məsafədən idarə oluna bilən robot və mexanizmların layihələndirilməsi, dizaynı və istehsalı sahəsində böyük təcrübəyə malikdir. AZDynamics şirkəti olaraq bizim məqsədimiz qazandığımız təcrübəni respublikamızda yüksək texnologiyaların inkişafına yönəltməkdir.
Yeni texnologiyaları inkişaf etdirərən AZDynamics biznes proseslərini optimallaşdıraraq öz sahəsində davamlı inkişaf və təkmilləşmə prinsiplərinə həmişə sadiq qalır. AZDynamics-in məqsədi ictimai məsuliyyət, sizin vaxtınıza qənaət etmək və göstərilən xidmətlərin keyfiyyətini durmadan artırmaqdır.
AZDynamics mühəndislərinin yüksək peşəkarlığı, təcrübə və bilikləri, habelə müasir texnologiyaların tətbiqi bizə yüksək texnologiyalı avadanlıq və kompleks sistemlərin layihələndirilməsi, proqramlaşdırması, işəsalma, tənzimləməsi və xidməti ilə bağlı istənilən mürəkkəbliyə malik tapşırıqların öhdəsindən gəlmək şansını verir.
Müəssisənin müasir avadanlığı və peşəkar mütəxəssislərin geniş profilli yüksək bilikləri pilotsuz uçuş aparatlarını yaratmağa imkan verir.
Əməkdaşlarımız hər il peşəkar səviyyələrini mükəmməlləşdirir, təkmilləşdirmə kurslarını keçir və beynəlxalq istehsalçıların proqramları çərçivəsində hazırlaşırlar.
AZDynamics tərəfindən hazırlanmış uçuş aparatları bir çox məsələlərin həlli üçün istifadə oluna bilər.