Fotoqrammetriya və Kartoqrafiya

AZDynamics öz müştərilərinə Pilotsuz Uçuş Aparatları (PUA) vasitəsilə istənilən sahəyə malik ərazidə və istənilən ölçüyə malik obyektlərin foto və video çəkilişləri, çəkilmiş şəkillər əsasında ərazinin və obyektlərin 3-ölçülü fotorealistik modelləşdirilməsi, ərazinin xəritələşdirilməsi (rəqəmli topoqrafik plan və xəritələrin, ortofotoplanların, rəqəmli relyef modellərinin, vegetasiya indeksi xəritələrinin hazırlanması) və s. kimi xidmətlər təklif edir. Xəritələşdirmə xidməti yalnız Pilotsuz Uçuş Aparatları (PUA) vasitəsilə deyil, həmçinin böyük pilotlu uçuş vasitələri (təyyarə və helikopterlər) və peyk vasitəsilə də çəkilmiş təsvirlər əsasında həyata keçirilir. Xəritələşdirmə işləri geodezik əsasın qurulması ilə istənilən koordinat və yüksəklik sistemində yerinə yetirilir.


Əsas xidmətlərimiz aşağıdakılardır:

- Pilotsuz Uçuş Aparatları (PUA) vasitəsi ilə istənilən ərazidə aerofotoçəkilişlərin yerinə yetirilməsi
· Təyyarə tipli dronlarla;
· Kopter tipli dronlarla;
· Fotoqrafik kameralarla;
· İnfraqırmızı kameralarla.

- Aerofotoşəkillərin fotoqrammetrik emalı

- Peyk təsvirlərinin fotoqrammetrik emalı
· Ərazinin və ya istənilən obyektin 3-ölçülü fotorealistik modelinin qurulması.
· Ərazinin səth və relyef modellərinin qurulması (nöqtələr buludu, rastr yüksəklik modelləri və s. fayllar şəklində).
· Ərazinin ortofotoplanlarının və ortofotoxəritələrinin hazırlanması (ortofotomozaika).
· Ərazinin müxtəlif miqyaslarda rəqəmli topoqrafik planlarının və xəritələrinin hazırlanması.
· Əkin sahələrinin vegetasiya indeksi (NDVI) xəritələrinin hazırlanması.
· Tikinti, karxana və s. sahələrdə torpağın, xammalın, inşaat materiallarının və s. həcm hesablamaları.

Müştərilərimiz