NDVİ - Multispektral analiz

Hazırda kənd təsərrüfatında geniş tətbiq edilən müasir və dəqiq texnologiyalardan biri NDVI (Normalized Difference Vegetation Index) - NVİF (Normallaşdırmış Veqetativ İndeks Fərqi) analizidir.

Bu texnologiya kənd təsərrüfatı sahələrinin xüsusiyyətlərini, aqrokimyəvi tərkibini təhlil etmək imkanları yaradır. Bu xidmət əkin sahələrinin səmərəliliyinin artırılması, maya dəyərinin azalması, ətraf mühitin qorunması və məhsulun artırılmasına yönəlmiş bir texnologiyadır.

Kənd təsərrüfatı sahəsində multispektral analizin məqsədi fermerlərə əkin sahəsində görə bilmədiklərini müşahidə etmək, bitkilərin səmərəliliyini və sağlamlığını təyin etməkdir. Müntəzəm olaraq NVİF analizi sayəsində kənd təsərrüfatı sahələrində dəyişikliklər dinamikasını izləmək, həmçinin torpaq sahələrinin məhsuldarlığı və münbitliyini müəyyən etmək olar. NVİF həm də bitki örtüyünün sıxlığını xarakterizə edir ki, bu da bitkişünaslara bitkilərin cücərmə və böyümə vəziyyətini, torpaq sahəsinin məhsuldarlığını qiymətləndirməyə imkan yaradır.


Mütəxəssislər, NVİF (Normallaşdırılmış Veqetativ İndeks Fərqini ) vasitəsi ilə:
- bitki örtüyünün həm bütün torpaq sahəsində, həm də onun ayrı-ayrı hissələrində kəmiyyət cəhətdən qiymətləndirilməsinə;
- məhsuldarlığın hesablanmasına;
- bitkilərin cücərməsinin və böyüməsinin qiymətləndirilməsinə;
- torpaq sahələrinin məhsuldarlığının təhlil edilməsinə imkan verir.

Müştərilərimiz