Göstərdiyimiz Xidmətlər

Rəqəmsal xəritə - təsərrüfat torpaqlarının resurs potensialını müəyyən edən və torpaqların inventarlaşdırılması vasitəsidir. Rəqəmsal xəritə bir neçə göstəricilər üzrə və məhdudiyyətsiz zaman ərzində məlumat bazasının aparılması imkanı yaradır. Həmçinin bu YSM (Yanacaq-Sürtgü Materialları) sərfiyyat normasının dəqiq hesablanılması, sahədən asılı olaraq gübrələmə normalarını və Bitkilərin Mühafizə Vasitələrinin (BMV) normalarını dəqiq hesablamaq imkanı verir. Ayrı-ayrı sahələrin xəritələrinin tərtib edilməsi zamanı BMV-nin və gübrələrin differensiallaşdırılmış qaydada sahənin ayrı-ayrı hissələrinə verilməsini tətbiq etmək olar və bu da gübrələmə zamanı vəsaitin əhəmiyyətli dərəcədə qənaət edilməsinə, həmçinin torpağın həddindən artıq gübrələnməməsinə imkan yaradır.

Torpaq sahələrinin xəritəsi həmin sahələrin pasportunun və təsərrüfatların əkin dövriyyəsinin aparılması, toxumçuluq materiallarının tələb olunan miqdarının hesablanması, texnikanın monitorinqinin həyata keçirilməsi və yalnız yanacaq sərfiyyatının müəyyən edilməsi deyil, həm də iş vaxtından səmərəli istifadə və digər imkanları yaradır.

Rəqəmsal xəritənin üstün cəhətləri aşkardır, belə ki:
- torpaq sahələrinin ölçüsünün, yollarla yaşayış məntəqələri arasındakı məsafəyə və digər dəqiq məlumatlara əsaslandığı üçün bütün kənd təsərrüfatı əməliyyatlarının uçotunun aparılmasına və həmin əməliyyatlara nəzarət edilməsinə imkan verir;
- həmin sahədə bitkilərin böyüməsinə təsir edən şəraitin tam təhlilinin aparılmasına yardım edir;
- maksimal gəlir əldə edilməsi məqsədilə istehsalatın optimallaşdırılmasına, həmçinin istehsalatda ehtiyatlardan səmərəli istifadə edilməsinə imkan yaradır;
- kənd təsərrüfatı sahələrinin məhsulun ilinə uyğunlaşdırılması nəzərə alınmaqla haqqında pasport məlumatlarının qeydiyyatını həyata keçirmək imkanını yaradır;
- sahələrin aqrokimyəvi monitorinqi, verilən gübrələrin, məhsuldarlığın, mədəni bitkilərin iqtisadi səmərəliliyi və s. üzrə tematik xəritələrin nəzərdən keçirilməsinə və təhlilinə imkan verir;
- pilotsuz uçuş aparatı vasitəsilə müxtəlif əlverişsiz hava şəraitlərinin nəticəsində əkinin məhv olduğu sahələrin, əkinin donmuş sahələrinin, yetişmə mərhələlərinin, sahələrin alaqlılığının qeydiyyatını və təhlilinin aparılmasına imkan verir;
- statistika arayışlarının və hesabatlarının tərtib edilməsinə şərait yaradır;
- kənd təsərrüfatı torpaqlarından icazəsiz istifadə edilməsi hallarının aşkar edilməsinə bir vasitədir.



Göstərdiyimiz servis mütəxəssislərə aşağıda göstərilən imkanları yaradır:
- istifadə edilən əkin sahələrinin və boş sahələrin müəyyən edilməsi; - əkinin vəziyyətinə cari nəzarəti həyata keçirmək;
- kənd təsərrüfatı bitkilərinin cücərmə və yetişmə dərəcələrini qiymətləndirmək, onların inkişaf dinamikasını müşahidə etmək;
- dənli bitkilərin məhsuldarlığını planlaşdırmaq;
- torpağın vəziyyətini qiymətləndirmək; - ekoloji və texnogen amillərin bitkilərin böyüməsinə və məhsuldarlığa təsirini müəyyən etmək;
- təbii fəlakətlərdən (yanğın, su basqını və s.) sonra əkinlərin vəziyyətini qiymətləndirmək;
- planlaşdırılan məhsulu əldə etmək uçun kompleks aqrotexniki işləri planlaşdırmaq;
- kənd təsərrüfatı torpaqlarının inventarlaşdırlmasını və xəritələşdirilməsini aparmaq;
- sahələrin rəqəmsal xəritələrini yaratmaq;
- işlərin həcmini müəyyən etmək və onlara nəzarəti həyata keçirmək;
- NDVİ (Normalized Difference Vegetation Index) Normallaşdırılmış Veqetativ İndeks Fərqini (NVİF) müəyyən etmək;
- şumlamanın keyfiyyətini yoxlamaq;
- kənd təsərrüfatı torpaqlarının ekoloji monitorinqini aparmaq.


Hazırda Elektron kənd təsərrüfatında geniş tətbiq edilən müasir texnologiyalardan biri NDVI (Normalized Difference Vegetation Index) Normallaşdırılmış Veqetativ İndeks Fərqi (NVİF) analizidir.

Bu texnologiya kənd təsərrüfatı sahələrinin xüsusiyyətlərini, relyefini, aqrokimyəvi tərkibini nəzərə almaq, təhlil etmək və yeni müasir aqrotexnologiyaları tətbiq etmək imkanları yaradır. Beləliklə ,əkin sahələrinin səmərəliliyini artırılması, maya dəyərinin azalması, ətraf mühitin qorunması və məhsulun artırılmasına yönəlmiş bir texnologiyadır.

Kənd təsərrüfatı sahəsinin çəkilişinin məqsədi fermerlərə yer səthindən görə bilmədiklərini görmək və müasir zəmanədə ən vacib məsələlərdən biri olan vaxtlarına qənaət etməkdir. Müntəzəm olaraq NVİF analiz kənd təsərrüfatı sahələrində dəyişikliklər dinamikasını izləmək və torpaq sahələrinin məhsuldarlığı və münbitliyini müəyyən etmək olar. Bitki örtüyü vəziyyətinin kəmiyyət qiymətləndirilməsinin aparılması üçün Normallaşdırılmış Veqetativ İndeks Fərqi (NVİF) texnologiyasından geniş istifadə olunur. NVİF həmçinin bitki örtüyünün sıxlığını xarakterizə edir ki, bu da bitkişünaslara bitkilərin cücərmə və böyümə vəziyyətini, torpaq sahəsinin məhsuldarlığını qiymətləndirməyə imkan yaradır.

Mütəxəssislər Normallaşdırılmış Veqetativ İndeks Fərqini (NVİF) vasitəsi ilə:
bitki örtüyünün kəmiyyət cəhətdən qiymətləndirilməsinə (həm bütün torpaq sahəsində, həm də onun ayrı-ayrı hissələrində),
məhsuldarlığın hesablanmasına,
bitkilərin cücərməsinin və böyüməsinin qiymətləndirilməsinə,
torpaq sahələrinin məhsuldarlığının təhlil edilməsinə imkan verir.

Kənd təsərrüfatı Pilotsuz uçuş aparatlarını tətbiq edən yeni sahələrdən biri sayılır.

Kənd təsərrüfatında yerüstü tədqiqatların mövcud vəziyyətini tam həcmdə təhlil etmək və qiymətləndirmək müəyyən çətinliklər yaradır. Bu halda Pilotsuz uçuş aparatlarının vasitəsi ilə aparılan təhqiqatlar daha effektiv hesab edilir. Alınan təsvirlər təbiətin və kənd təsərrüfatının resurslarını daha səmərəli istifadəsi üçün və qərarların qəbul edilməsində mühüm vasitəyə çevirilir. Pilotsuz uçuş aparatlarının vasitəsi ilə yaradılan rəqəmsal xəritələr o qədər yüksək dəqiqlikdədir ki, bu da öz növbəsində onlardan statistik hesabatların tərtib edilməsində, qiymətləndirilməsində və təhlilində yeni imkanlar yaradır.




 


AZDynamics sizlərə havadan şəkil və video çəkimi xidmətini göstərir. PUA (Pilotsuz Uçuş Aparatları) vasitəsi ilə yüksək keyfiyyətli çəkiliş təqdim edirik. Tərəfimizdən göstərilən xidmətlər professional mütəxəssislər tərəfindən həyata keçirilir. AZDynamics şirkəti hər bir müştəriyə fərdi diqqət ilə yanaşır.

test